AZN
Fuad kimya servis, OOO на Allbiz - Сумгайыт (Азербайджан) - Товары и услуги компании Fuad kimya servis, OOO
Unlimited

Fuad kimya servis, OOO

Fuad kimya servis, OOO

О компании

Fuad kimya servis, OOO

“Fuad Kimya Servis”  MMC

        “Fuad Kimya Servis” MMC 2005-ci ildə təsis olunmuş və 16 ildir ki, dayanmadan fəaliyyət göstərir. Bu illər ərzində müəssisəmiz kifayət qədər təcrübə toplayaraq beynəlxalq standartların tələblərinə cavab verən kimyəvi məhsullar, yuyucu və təmizləyici vasitələr hazırlayaraq kimya sənayesi bazarında öz sözünü demiş və tanınmışdır. Həmçinin müəssisəmiz Azərbaycanın bir çox bölgələrində müəssisə və təşkilatlarla geniş işgüzar əlaqələr yaratmışdır.

       Müəssisəmizin əsas fəaliyyət sahəsi kimyəvi maddələrin idxal və ixracı, istehsalı, alışı və satışından ibarətdir.

      İstehlakçıların istək və tələbatları mütəmadi nəzərə alınmaqla məhsul çeşidlərimiz daim yenilənən geniş çeşidli kimyəvi məhsullarımızdır.

      Çatdırılma dəmir yolu və avtomobil yolu ilə həyata keçirilir.

      Ehtiyac duyduğunuz istənilən növ kimyəvi məhsulları bizdən əldə edə bilərsiniz.

      İşimizin əsas mahiyyət və prinsipi hər bir müştəriyə fərdi və qayğı ilə yanaşma, endirimlər sistemi, münasib qiymətə yüksək keyfiyyət, sürətli və yüksək keyfiyyətli xidmət göstərməkdir.

       Menecerlərimiz çeşidlərimiz barədə yaranan sualları cavablandıracaq və ehtiyac duyduğumuz məhsulların seçilməsində sizə maksimum köməklik göstəriləcəkdir.

      “Fuad Kimya Servis” MMC Azərbaycanın kimya sənayesi bazarında özünəməxsus və önəmli yer tutmuşdur. Belə ki, müəssisəmiz aparıcı dövlət və özəl şirkətərdən SOCAR, Azərsu ASC, Azərsun Petrochem, Azərenerji ASC, Gilan Tekstil Park və s., şirkətlərlə uzun illərdir qarşılıqlı etibarlılıq və işgüzarlıq zənnində iqtisadi əlaqələr qurmaqla həmin müəssisələr tərəfindən təşkil olunmuş açıq tenderlərdə uğur qazanaraq sifarişləri yerinə yetirmişdir.

        Həmçinin müəssisəmiz pandemiya dövründə bir sıra müəssisə və təşkilatlarda, fərdi evlərdə dezinfeksiya işləri həyata keçirmişdir.

        Bundan başqa müəssisəmiz Çin Xalq Respublikası, Tayvan, İran, Türkiyə, Rusiya, Almaniya və s., ölkələr ilə iqtisadi əlaqələr quracaq müxtəlif adda kimyəvi məhsulların idxal və ixracını həyata keçirməkdədir.
LiveInternet

Описание

Fuad kimya servis, OOO предлагает свои товары и услуги на Allbiz. Витрина товаров (услуг) Fuad kimya servis, OOO, продажа оптом и в розницу, информация о компании.